Bioqrafiya
I. Faysal, 20 may 1883-cü ildə Osmanlı dövlətinə bağlı Taif şəhərində anadan olub. Tam adı Faysal bin Hüseyin bin Ali el-Haşimi-dir.
O, Hicazı idarə edən Məkkə əmiri Şərif Hüseyin'in oğludur. I. Faysal, ərəb üsyanı zamanı Osmanlılara qarşı önəmli bir rol oynayıb.
1916-1924-cü illərdə Hicazı idarə edib, 1920-ci ildə qısa müddət ərzində Suriya Ərəb Krallığına rəhbərlik edib və 1921-1933-cü illərdə İraq kralı kimi fəaliyyət göstərib. 11 mart 1920-ci ildə britanlılar tərəfindən Suriya kralı elan edilən I. Faysal, 25 avqust 1920-ci ildə Fransanın Şamı işğal etməsi ilə vəzifəsindən ayrılmağa məcbur olub.
Ardınca, 1921-ci ildə İraq kralı olaraq taxta çıxıb. 1930-cu ildə İngiltərə, İraqın müstəqilliyini tanıyıb və I. Faysal, 1932-ci ildə İraqın Millətlər Cəmiyyətinə qəbul edilməsini təmin edib.
1932-ci ildə Türkiyəni ziyarət edib. I. Faysal, 8 sentyabr 1933-cü ildə Bern, İsveçrədə 50 yaşında ürək krizindən vəfat edib.
Ölümündən sonra onun yerini oğlu Gazi bin Faysal tutub.