Bioqrafiya
Işıl Açıkkar, 8 iyul 1984-cü ildə İzmirin Karşıyaka rayonunda anadan olub. Lisey təhsilini Karşıyaka Anadolu İletişim Lisesində başa vurduqdan sonra universitet təhsili üçün İstanbul şəhərinə yollanmışdır. İstanbul Bilgi Universitetində Radyo-TV və Media və İletişim Sistemləri ixtisası üzrə təhsil alaraq məzun olmuşdur.
Təhsilini davam etdirərkən Ege Tv və Yeni Tv-də çalışmalara başlamışdır. Məzuniyyətindən sonra Yeni Asır qəzetinə məxsus Yeni Tv-də mətn yazarı, redaktor, müxbir və aparıcı vəzifələrini icra etmişdir. Işıl Açıkkar, xüsusilə Prof.
Dr. Haluk Şahin-in rəhbərliyi altında araşdırıcı jurnalistika sahəsində fəaliyyətini artırmışdır. Təhsilini bir il ərzində İngiltərədə davam etdirmiş, lakin Türkiyəyə dönərək öz peşəsini ana dilində icra etməyə qərar vermişdir.
Türkiyəyə qayıtdıqdan sonra Kanaltürk-də müxbir kimi fəaliyyətə başlamış və daha sonra TRT 1 Ana Xəbər-in aparıcılığını etməyə başlamışdır. İngilis dilini yaxşı səviyyədə bilməkdədir və fərdi diksiyon dərsləri verməkdədir.