Bioqrafiya
Jacqueline Bisset, 13 sentyabr 1944-cü ildə İngiltərənin Weybridge şəhərində anadan olub. Tam adı Winnifred Jacqueline Fraser-Bisset olan Bisset, kino karyerasına 1965-ci ildən başlayıb və 1968-ci ildə başrollardan birini oynayaraq diqqətləri üzərinə cəlb edib. Karyerası boyunca François Truffaut, John Huston, George Cukor və Roman Polanski kimi məşhur rejissorlarla əməkdaşlıq edib.
Oynadığı filmlərin əksəriyyəti İtalyan və ya Fransız istehsalıdır. 1974-cü ildə Sidney Lumetin rejissorluğu ilə çəkilmiş "Doğu Ekspresində Cinayət" filmində tanınmış isimlərlə rol alıb. 2003-cü ildə "America's Prince: The John F.
Kennedy Jr. Story" filmində Jacqueline Kennedy rolunu canlandırıb, 1982-ci ildə "Under the Volcano" filmi ilə Altın Küre mükafatına namizəd olub. 1996-cı ildə "La Ceremonie" filmindəki çıxışı ilə Cezar Mükafatına namizəd göstərilib.
Son illərdə bir çox televiziya seriyalarında da iştirak edib. Bisset, 1968-ci ildə aktyor Michael Sarrazin ilə evlənib, 1982-ci ildə isə boşanıb. Onun iki qızı var.
Həmçinin, dünyaca məşhur döyüş sənətləri mütəxəssisi Emin Boztepe ilə 13 illik münasibəti olub. 2008-ci ildə Antalya Altın Portakal Film Festivalında iştirak edib.