Bioqrafiya
James Harrison Coburn, 31 avqust 1928-ci ildə ABŞ-ın Nebraska ştatının Laurel şəhərində anadan olub. Uşaqlığı Kaliforniya ştatının Compton şəhərində keçib. Təhsil həyatına Compton Junior College-də başlayıb, daha sonra New York-da tanınmış Stella Adler Theatre məktəbində aktyorluq üzrə təhsil alıb.
Sonradan Los Angeles-da Los Angeles City College və Cənubi Kaliforniya Universitetində aktyorluq təhsilini davam etdirib. 1959-cu ildən kino sahəsində fəaliyyətə başlayıb, 1960-cı ildə "Muhteşem Yedili" (The Magnificent Seven) filmində Yul Brynner, Steve McQueen, Robert Vaughn və Charles Bronson ilə birgə rol alıb. 1963-cü ildə isə II Dünya Müharibəsi zamanı bir esir kampından kütləvi qaçışı mövzusunu əks etdirən "The Great Escape" filmində yenidən Charles Bronson və Steve McQueen ilə iştirak edib.
1998-ci ildə çəkilmiş "Affliction" filmindəki rolu ilə 1999-cu ildə ən yaxşı köməkçi aktyor kateqoriyasında Oskar mükafatını qazanıb. James Coburn iki dəfə evlənib. İkinci arvadı Paula ilə bir oğlu var.
18 noyabr 2002-ci ildə Kaliforniya, Beverly Hills-dəki evində 74 yaşında ürək krizi nəticəsində vəfat edib.