Bioqrafiya
Ceyms Din, 8 fevral 1931-ci ildə ABŞ-ın İndiana ştatında anadan olub və 30 sentyabr 1955-ci ildə Kaliforniyada həyatını itirmişdir. 24 yaşında bir avtomobil qəzasında həlak olan Din, 1950-ci illərin əfsanəvi kino aktyorlarından biri hesab edilir. Kino karyerasına az sayda film ilə başlayaraq, “Rebel Without A Cause” (Səbəbsiz Üsyan) adlı filmindəki ifası ilə Hollywood-un unudulmaz simalarından birinə çevrilmişdir.
1949-cu ildə Fairmount Liseyini bitirdikdən sonra Kaliforniyaya köçmüş və burada Santa Monica Kollecinə qəbul olunmuşdur. Daha sonra Kaliforniya Universitetində dram üzrə təhsil almışdır. 1951-ci ildə Nyu-Yorka gedərək Broadway-də “See The Jaguar” adlı oyunda rol oynamış, 1954-cü ildə “The Immoralist” adlı oyundakı çıxışına görə “Ən Yaxşı Yeni Aktyor” Bloom Mükafatını qazanmışdır.
1955-ci ildə “East of Eden” (Edenin Şərqi) filmində rol almış və bu filmindəki ifası ilə Oscar mükafatına namizəd göstərilmişdir. Ceyms Din, karyerasının ən önəmli filmlərindən biri olan “Rebel Without A Cause”da Jim Stark karakterini canlandıraraq gənclərin idoluna çevrilmişdir. 1956-cı ildə “Giant” (Nəhəng) filmində Elizabet Teilor və Rok Hudsın ilə birgə rol oynamış və ölümündən sonra Oscar-a namizəd olan ilk aktyor olmuşdur.
Ölümündən sonra bir çox sənətçiyə ilham mənbəyi olmuş və anısına mahnılar yazılmışdır.