Jim Parsons

Aktyor

Ad Gününə Qalan Vaxt (53 yaşında)

-
Gün
-
Saat
-
Dəqiqə
-
Saniyə

Bioqrafiya

Jim Parsons, 24 mart 1973-cü ildə ABŞ-ın Texas ştatının Houston şəhərində anadan olub. Kino və televiziya aktyoru kimi tanınan Parsons, xüsusilə CBS kanalında yayımlanan və ölkəmizdə də nümayiş olunan "The Big Bang Theory" komediya serialındakı Sheldon Cooper obrazı ilə geniş tanınmışdır. Bu serialdakı uğurlu çıxışına görə 2009-cu ildə Emmy Mükafatına namizəd göstərilib.

Aktyor, 2002-ci ildə "Ed" adlı komediya serialında ilk televiziya rolunu oynayaraq aktyorluq karyerasına başlayıb. 2003-cü ildən "Nowhere to Go But Up" adlı ilk filmində debüt edərək kino sahəsinə adım atıb. Ardınca "Why Blitt?", "Garden State" və "Taste" kimi filmlərdə kiçik rollarda yer alıb.

2004-2005-ci illərdə iştirak etdiyi "Judging Amy" serialı, gənc aktyora özünü göstərmək imkanı verən ilk layihə olub. Jim Parsons-un karyerasında ən böyük sıçrayış, Chuck Lorre və Bill Prady tərəfindən yaradılan "The Big Bang Theory" serialı ilə baş verib. Serial, Kaliforniyanın Pasadena şəhərində yaşayan iki fizik və onların qonşusu olan gənc bir qızın hekayəsini izah edir.

Parsons-un canlandırdığı Sheldon Cooper obrazı, son dərəcə dəqiq, lakin sosial hayatdan uzaq bir teorik fizikdir. Bu obraz, qısa müddət ərzində serialın ən sevilən xarakterinə çevrilib. Parsons, Sheldon Cooper xarakteri ilə 2009-cu ildə Emmy mükafatına namizəd göstərilib və eyni ildə Televiziya Tənqidçiləri Assosiasiyası mükafatlarında ən yaxşı komediya mükafatını qazanıb.

Hal-hazırda Los Ancelesdə yaşayan Jim Parsons, boş vaxtlarında piyano çalır, tennis, basketbol və beysbol oyunlarını izləyir.