Bioqrafiya
Yoaхim Löw, 3 fevral 1960-cı ildə Almaniyanın Baden-Vürttemberq ştatına daxil olan Schönau im Schwarzwald şəhərində anadan olub. Futbol karyerasına 1978-ci ildə 2. Bundesliga komandalarından SC Freiburg-da başlayıb və burada 1980-ci ilə qədər oynamışdır.
Daha sonra Stuttgart, Eintracht Frankfurt, Freiburg, Karlsruher, Schaffhausen, Winterthur və Frauenfeld kimi komandalarında futbol karyerasını davam etdirib. 1995-ci ildə aktiv futbol karyerasına son qoyub. Texniki direktor olaraq karyerasına 1994-1995 mövsümündə Frauenfeld komandasında başlayıb, ardınca Stuttgart, Fenerbahçe, Karlsruher, Adanaspor, Tirol Innsbruck və Austria Wien kimi komandalarında fəaliyyət göstərib. 2004-2006-cı illərdə Almaniya milli komandasının köməkçi məşqçisi olub, 2006-cı ildən Almaniya milli komandasının baş məşqçisi təyin edilib.
Löw, 2014-cü ildə Almaniya milli komandası ilə FIFA Dünya Kubokunu qazanaraq böyük bir uğur əldə edib. 2016-cı ildə həyat yoldaşı Daniela Löwdən boşanıb. 2022-ci ilə qədər Almaniya milli komandasında baş məşqçilik edir.