Bioqrafiya
Con Davison Rockefeller, 8 iyul 1839-cu ildə ABŞ-ın Nyu-York ştatının Richford şəhərində anadan olub. 1853-cü ildə ailəsi ilə birlikdə Klivlendlə köçən Rockefeller, burada liseyi bitirdikdən sonra Hewitt and Tuttle adlı bir ticarət müəssisəsində mühasib kimi fəaliyyətə başlayıb. 1859-cu ildə Maurice B.
Clark ilə tərəfdaşlıq quraraq bir komisyon şirkəti açıb. Amerikan Vətəndaş Müharibəsi dövründə əhəmiyyətli qazanc əldə edən Rockefeller, 1859-cu ildən neft sənayesinə daxil olaraq 1863-cü ildə ilk neft distillyasını yaradıb. 1882-ci ildə 39 şirkəti birləşdirərək Standart Oil Tröstünü qurdu və ABŞ-ın neft istehsalının böyük bir hissəsini ələ keçirdi.
1911-ci ildə ABŞ Ali Məhkəməsi onun şirkətinin parçalanmasına qərar verib. Rockefeller, 1911-ci ildə iş həyatı ilə vidalaşaraq sərvətini müxtəlif təşkilatlar arasında bölüşdürüb. Çikaqo Universiteti, Rockefeller Fondu və Rockefeller Tibb Araşdırma İnstitutu kimi mühüm qurumlar onun dəstəyi ilə yaradılıb.
1910-1937-ci illər arasında dünyanın ən zəngin adamı kimi tanınan Rockefeller, 23 may 1937-ci ildə Floridada 98 yaşında vəfat edib. Ölümündən sonra 912 milyon dollar sərvət qoyub gedib. Bu məbləğ günümüz inflyasiyasına görə 189 milyard dollara bərabərdir.
Rockefeller, 1864-cü ildə Laura Celestia Spelman ilə evlənib və bu evlilikdən beş övladı dünyaya gəlib. Onun nəvəsi David Rockefeller 2017-ci ildə vəfat edib.