Bioqrafiya
Con Steinbeck 27 fevral 1902-ci ildə Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatına daxil olan Salinas şəhərində anadan olub. Prusiyalı bir ata və İrlandiyalı bir ananın övladı olaraq, kasıb bir kəndli ailəsində böyüyüb. Uşaq illərini fermalarda işləməklə keçirən Steinbeck, 1929-cu ildə ilk kitabı "Altın Kupa"nı nəşr etdirmişdir.
1939-cu ildə yazdığı "Gazap Üzümleri"romanı, kənd təsərrüfatındakı sürətli kapitalistləşmə prosesini və Oklahomalı fermerlərin yaşadığı çətinlikləri təsvir edir. Onun digər önəmli əsərləri arasında "Fareler və İnsanlar", "Sardalya Sokağı" və "Cennetin Yolu" yer alır. 1940-cı ildə "Gazap Üzümleri" ilə Pulitzer mükafatını qazanmış, 1962-ci ildəsə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür.
Steinbeck, 1942-1944-cü illərdə New York Herald Tribune qəzetinin müxbiri olaraq Avropada olmuş, 1950 və 1967-ci illərdə Asiya turlarına çıxmışdır. 1965-ci ildə Vyetnamda müharibə müxbiri kimi fəaliyyət göstərmişdir. 1930-cu ildə Carol Henning ilə evlənmiş, 20 dekabr 1968-ci ildə New Yorkda 66 yaşında vəfat etmişdir.