Bioqrafiya
Xose Sosa, 19 iyun 1985-ci ildə Argentina'nın Carcarana şəhərində anadan olub. Futbol karyerasına 2002-ci ildən Estudiantes komandasında başlamış, burada 2007-ci ilə qədər oynayıb. Daha sonra Bayern Münhenə transfer olub və burada 2010-cu ilədək futbol karyerasını davam etdirib.
2009-2010 mövsümündə Estudiantes-ə icarə olaraq geri dönüb. 2010-2011 mövsümündə İtaliyanın Napoli klubuna transfer olan Sosa, 2011-2014-cü illər arasında Ukraynanın Metalist Xarkiv klubunda çıxış edib. 31 dekabr 2013-cü ildə İspaniyanın Atletiko Madrid klubuna icarəyə verilib.
2014-cü ildə Beşiktaş'a icarə ilə gələn Sosa, 15 oktyabr 2014-də Beşiktaş tərəfindən 2 milyon avro transfet haqqı ilə alınmışdır. 17 avqust 2016-cı ildə isə Milan ilə 2 illik müqavilə imzalayaraq Beşiktaşdan ayrılıb. Xose Sosa, futbol karyerasında Argentina U-20 və U-23 milli komandalarında da təmsil olunub.
Hal-hazırda Milan klubunda futbol oynayır. Xose Sosa, Carolina Alurralde ilə evlidir və onların ikiz qız uşaqları var.