Bioqrafiya
Josef de Souza, 11 fevral 1989-cu il tarixində Rio-de-Janeyro, Braziliyada anadan olub. Tam adı Josef de Souza Dias olan futbolçu, orta sahənin mərkəzində və ya defansiv orta sahada oyun keçirə bilir. Futbol karyerasına 1998-ci ildə Vasco da Gama-nın altyapısında başlayıb və 2008-ci ildən etibarən peşəkar futbolçu kimi bu komandada oynamağa başlayıb.
2010-cu ildə 3 milyon avro müqavilə dəyəri ilə Portuqaliyanın məşhur klubu Porto’ya transfer olub. Portoda 1,5 mövsüm keçirən Souza, burada gözlədiyi performansı göstərə bilmədiyi üçün 2012-ci ildə Gremio’ya kiralanıb. Gremio, 2013-cü ildə Souza’nın hüquqlarını Porto’dan 3 milyon 750 min avroya alıb.
Gremio-dan sonra São Paulo’ya keçən futbolçu burada da kirə verilmişdir. 2015-ci ildə Fenerbahçe ilə 4 illik müqavilə imzalayaraq Türkiyəyə transfer olub. Josef de Souza, Braziliya Milli Komandasının formasını 3 dəfə geyinib.
İlk dəfə 11 oktyabr 2014-cü ildə milli komandaya seçilən Souza, Yaponya, Fransa və Çili ilə oyunlarda milli forma ilə meydana çıxıb. 2010-2011 mövsümündə UEFA Avropa Liqası, liqa və Portuqaliya Kuboku çempionluğu yaşayıb. Fenerbahçe-nin baş məşqçisi Vitor Pereira ilə Porto-da birgə çalışıb.