Bioqrafiya
Joss Whedon 23 iyun 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. 61 yaşında olan Whedon, rejissor, ssenarist və yazardır. "Buffy the Vampire Slayer", "Angel", "Firefly" və "Dollhouse" kimi uğurlu serialların yaradıcısı kimi tanınır.
Anası lisey müəllimi və roman yazarı, atası isə 1970-ci illərin məşhur televiziya serialı "The Electric Company"nin ssenaristidir. Bu ailəvi miras Whedonun gənc yaşlarda ssenaristika ilə məşğul olmasına təsir edib. Universitetdən məzun olduqdan sonra televizya sektorunda çalışmaq üçün Los Angelesə köçüb.
1988-ci ildən "Roseanne" serialının ssenaristi kimi karyerasına başlayan Whedon, 1992-ci ildə "Buffy the Vampire Slayer" adlı film üçün ssenari yazmışdır. Film gözlənilən uğuru qazana bilməsə də, Whedon bu adı daşıyan bir televiziya serialı yaratmağa qərar vermişdir. 1997-ci ildən yayımlanan serial 2003-cü ilə qədər toplam 144 bölüm olaraq ekrana gəlib.
Serialın baş rollarında Sarah Michelle Gellar, Charisma Carpenter və David Boreanaz kimi adlar yer alır. "Buffy the Vampire Slayer" serialında olan vampir Angel karakterinin hekayəsinin böyük maraq doğurması nəticəsində, Whedon bu karakter üçün də ayrıca bir serial yaratmışdır. "Angel" 1999-2004-cü illər arasında 110 bölüm olaraq yayımlanıb.
Elmi fantastika janrına olan marağı ilə 2002-ci ildə "Firefly" serialını yaratmış, lakin bu serial Fox kanalı tərəfindən ləğv edilib. Whedon "Toy Story" kimi önəmli filmlərin ssenaristləri arasında yer almış və bu film ilə "Oskar" mükafatlarında Ən Yaxşı Ssenari nominasiyasında namizəd göstərilib. Həmçinin, "Dark Horse Comics" üçün yaratdığı "Fray" adlı komik kitab ilə də tanınır.
Whedon "Serenity" adlı film ilə "Nebula", "Hugo" və "Eisner" mükafatlarına layiq görülüb.