Bioqrafiya
Katie Melua, 16 sentyabr 1984-cü ildə Gürcüstanda anadan olmuş Gürcü-Britaniyalı müğənni, söz yazarı və musiqiçidir. Musiqi kariyerəsinə 19 yaşında, noyabr 2003-cü ildə yayımladığı ilk albümü "Call Off The Search" ilə başlamışdır. Bu albüm yayımlandığı ilk 6 həftə ərzində musiqi siyahılarında birinci yerdə olmuş və xüsusilə "The Closest Thing to Crazy" adlı mahnısı ilə böyük bir populyarlıq qazanmışdır.
Bu mahnı, İngiltərədəki Milad mahnıları siyahısında onuncu yerə yüksəlmiş və Katie Meluanın adının tanınmasına kömək etmişdir. "Call Off The Search" albümü, Birləşmiş Krallıqda 1,8 milyondan çox, dünya üzrə isə 3 milyon nüsxə satılmışdır. İkinci albümü "Piece by Piece", sentyabr 2005-ci ildə çıxmış, daha sonra isə oktyabr 2007-ci ildə "Pictures" albümü Mike Batt ilə əməkdaşlıqda yayımlanmışdır.
2008-ci ildə, 18 milyon funt sterlinqlik sərvəti ilə Sunday Times'ın 30 yaş altı gənc musiqi milyonerləri siyahısında yeddinci yerdə qərar tutmuşdur. Lakin qlobal iqtisadi böhran səbəbindən bu sərvətinin yarısını itirmişdir. Katie Melua, musiqi kariyerasından əlavə, teatr və kino aktrisası kimi də fəaliyyət göstərir.
Bu günə qədər bir çox mükafat qazanmış və dünya miqyasında geniş bir pərəstişkar kütləsinə malikdir.