Bioqrafiya
Kazuo İshiguro, 8 noyabr 1954-cü ildə Yaponiya'nın Naqasaki şəhərində anadan olub. Təhsillini, atasının Milli Okeanoqrafiya İnstitutunda çalışmağa başlaması münasibətilə beş yaşında ailəsi ilə birlikdə gəldiyi İngiltərənin London şəhərində tamamlayıb. Guildford, Surrey-də büyüyən İshiguro, Kent Universitetində ingilis dili və fəlsəfə üzrə təhsil alıb və 1978-ci ildə məzun olub.
Məzuniyyətindən sonra Şərqi Angliya Universitetində yaradıcı yazarlıq üzrə magistratura təhsili alıb. Yazarlıq karyerasına Londonda sosial xidmətlər üzrə işçi kimi çalışdıqdan sonra başlayıb. 1981-ci ildə üç qısa hekayəsi yayımlanıb və həmin vaxtdan etibarən yalnız yazarlıqla məşğuldur.
1983-cü ildə Granta jurnalında ən yaxşı gənc ingilis yazarları arasında yer alıb. 1994-cü ildə Kanna Film Festivalında münsiflər heyətinin üzvü olub. Kazuo İshiguronun ən tanınmış romanı 1989-cu ildə yayımlanan "Günün Qalan Hissəsi" adlı əsəridir.
Bu kitab, filmə də uyğunlaşdırılıb və baş qəhrəmanı Antoni Hopkins oynayıb. 2005-ci ildə yazdığı "Dünyanın Ən Kədərli Musiqisi" adlı ilk uzun metrajlı film ssenarisini tamamlayıb. İshiguronun "Beni Heç vaxt Buraxma" adlı romanı Time jurnalı tərəfindən ingilis dilində yazılmış ən yaxşı 100 roman siyahısında yer alıb.
2015-ci ildə yayımlanan "Gömülü Canavar" adlı romanı isə ilin ən böyük ədəbiyyat hadisələrindən biri hesab edilib. 2005-ci ildə yazdığı "Beni Heç vaxt Buraxma" romanı 2010-cu ildə eyni adla filmə çəkilib. Kazuo İshiguro, 5 oktyabr 2017-ci ildə İsveç Nobel Akademiyası tərəfindən Nobel Ədəbiyyat Mükafatına layiq görülüb.
Hal-hazırda 8 roman yazmış İshiguro, 1986-cı ildə Lorna Anne MacDougall ilə evlənib və həyat yoldaşı ilə qızı Naomi İshiguro ilə birlikdə Londonda yaşayır. Kazuo İshiguro, romanlarını adətən birinci təkil şəxsdə yazır və əsərlərində qəhrəmanlarının uğursuzluqlarına tez-tez yer verir. Yazdığı əsərlər adətən aydın bir həll ilə bitmir, karakterlərinin qarşılaşdığı məsələlər isə keçmişdə qalır və çox vaxt həll olunmur.