Bioqrafiya
Levent Özçelik, televiziya dünyasının tanınmış aparıcı və spikerlərindən biridir. Atası tərəfindən Trabzonlu olan Özçelik, uşaqlıq illərini Ankarada keçirmişdir. Təhsilinə Ulubatlı Hasan İlköğretim Məktəbində başlamış, daha sonra Bahçelievler Deneme Liseyini bitirmişdir.
İlk olaraq Fen Fakültəsi Fizika Mühəndisliyi bölümünü qazanmış, lakin daha sonra bir daha imtahan verərək Ankara Universitetinin Hüquq Fakültəsini qazanmış və buradan məzun olmuşdur. 1982-ci ildə TRT imtahanlarına qatılan Özçelik, təxminən 7000 kişinin iştirak etdiyi bu imtahanda 3-cü olaraq uğur qazanmışdır. İlk oyun anlatım təcrübəsini Gençlərbirliyi ilə Sakaryaspor arasında keçirilən qarşılaşmada yaşamışdır.
1992-ci ildən etibarən Olimpiya və müxtəlif yarışmaları anlatmağa başlamış, futboldan başqa dəniz idmanı, su topu, voleybol, üzgüçülük, handbol, masa tenisi, bilardo və velosiped kimi bir çox idman növündə də aparıcılıq etmişdir. Özçelik, eyni zamanda sıx bir Galatasaray fanatıdır.