Lokman Sever

Evli

Ad Gününə Qalan Vaxt (65 yaşında)

-
Gün
-
Saat
-
Dəqiqə
-
Saniyə

Bioqrafiya

Lokman Sever, 1960-cı ildə Türkiyənin İğdır şəhərində anadan olmuş, kökəncə Türk — Azərbaycan Naxçıvanlı bir iş adamıdır. NOORCO GROUP Şirkətlər Qrupunun qurucusu və sədri vəzifəsini icra edir. İş həyatında daşınmaz əmlak, aviasiya və mədən sahələrində ixtisaslaşıb.

Təhsilinə Belçikada Don Bosco-dakı Cizvit məktəbində başlayıb, ardından College du Sacree Coeur-də davam edib. Təhsilini İstanbulda Galatasaray Liseyində başa vurub. Lokman Sever, Türk dili, Fransızca, Flamanca, İngilis dilində və Azərbaycan Türkcəsində olmaqla, ümumilikdə beş dil bilir.

1980-ci illərin sonlarından etibarən ticarət sahəsində əhəmiyyətli uğurlara imza atıb, xüsusilə Demokratik Kongo Respublikasında hərbi tekstil və Burundidə prefabrik evlər alqı-satqısı edərək iş dünyasında möhkəm yer tutub. Bu dövrdə bir neçə Afrika lideri ilə xüsusi əlaqələr qurub. Lokman Severin oğlu Zeki Sever, Nyu York Berkli Universitetindən məzun olduqdan sonra NOORCO GROUP Şirkətlər Qrupundakı S-MINING mədən şirkətinin DRC (Kongo Demokratik Respublikası) mədən layihələri üzrə Baş Müdiridir.

Qızı Talya Sever isə Nyu York Syracuse Universitetindən məzun olub, Londonda SOAS Universitetində magistraturanı başa vurduqdan sonra İstanbulda AKSA ENERJİ-də Maliyyə Nəzarətçi mütəxəssisi kimi fəaliyyət göstərib. Daha sonra MONEYTRANS Bankının Türkiyədəki ölkə müdiri olub və NOORCO GROUP Şirkətlər Qrupundakı Immonali SA daşınmaz əmlak şirkətinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.