Bioqrafiya
Luis Nani, 17 noyabr 1986-cı ildə Yaşıl Burun Adaları'nın paytaxtı Praia şəhərində anadan olub. Tam adı Luís Carlos Almeida da Cunha olan Nani, 5 yaşında ailəsi ilə birgə Portuqaliyaya köçərək, Lizbon yaxınlığındakı Amadora bölgəsində məskunlaşıb. Futbol karyerasına burada başlayıb və futbolu qardaşından öyrənib.
2007-ci ildə Portuqaliya vətəndaşı olub. Eyni il Sporting Lizbondan İngilis klubu Manchester Uniteda 25 milyon avro qarşılığında transfer olunub. Manchester Uniteddə 230 qarşılaşmada 40 qol vurub.
2014-2015 mövsümündə icarə əsasında Sporting Lizbonda çıxış edib. 19 iyun 2015-ci ildə Fenerbahçə ilə 4 illik müqavilə imzalayaraq, Türkiyəyə gəlib. Fenerbahçədə 47 oyunda iştirak edib, 12 qol vurub və 11 asist edib.
2016-cı ildə İspan klubuna, Valencia'ya transfer olunub. Nani, Portuqaliya milli komandasında 2006-2015-ci illər arasında 2006-2007 dövründə U-21, 2006-2015 dövründə isə A milli komandasında oynayıb. Hazırda Daniela Martins ilə birlikdə yaşayır.