Bioqrafiya
Romelu Lukaku, 1993-cü ildə Belçikanın Antverpen şəhərində anadan olub. Kongo əsilli olan Lukaku, Belçika Milli Komandasının formasını geyinir. Futbol kariyerinə Belçikanın "Lierse" klubunda başlayıb.
2008-ci ildə "Anderlecht" U17 komandası ilə məşqə qatılıb və burada göstərdiyi performansla diqqət çəkib. 2011-ci ildə "Chelsea" klubuna 15 milyon Avro müqavilə ilə transfer olunub. "Chelsea"dəki kariyerasından sonra "West Bromwich Albion" və "Everton" komandalarında icarəyə verilib.
2014-cü ildə "Everton" klubuna 35 milyon Avro müqavilə dəyəri ilə transfer olunub. 2017-ci ildə isə "Manchester United" klubuna 84 milyon Avro müqavilə və 50 milyon Avro imza dəyəri ilə qoşulub. Lukaku, Belçika U15, U18 və U21 milli komandalarında da forma geyinib.
3 mart 2010-cu ildə Belçika A Milli Komandasına dəvət edilib və 2018 Dünya Kuboku ərəfəsinə qədər toplam 70 oyun keçirib, 38 qol vurub. 2018-ci il etibarilə onun bazar dəyəri 90 milyon Avro olaraq açıqlanıb. Bundan əlavə, futbol kariyerinə İtaliya Serie A komandalarından "Lazio"da davam edən qardaşı Jordan Lukaku da var.