Bioqrafiya
Manuel Reina, 24 noyabr 1972-ci il tarixində İspaniyanın Sevilya şəhərində anadan olub. Rəqs karyerasına 6 yaşında José Galván Akademiyasında başlayıb və 16 yaşına qədər flamenco və klassik balet təhsili alıb. Sevilyada İspaniyanın milli rəqqaslarından Manolo Marin ilə çalışmış, eyni zamanda 5 il boyunca Profesor Antonio Castillo’dan klassik rəqs üzrə təhsil almışdır.
Daha sonra Sevilya Konservatoriyasında Manolete və Antonio Canales ilə koreoqrafiya tərtibatı işlərinə qatılıb. Yaponiyada Yoko Komatsubara ilə koreoqrafiya hazırlamış və İspaniya Milli Balesindən Luis Ortega ilə Curro de Bormujos ilə səhnədə yer almışdır. Yer aldığı flamenco əsərlərindən bəziləri "Tierra y Fuego", "Carmen" və "Bernarda Alba"dır.
Paco Mora şoularında baş rəqqas kimi iştirak etmiş və Cənubi Amerika, Almaniya, İsveç və Hollandiyada turlar təşkil etmişdir. 1998-ci ildə Türkiyədə bir rəqs şousu zamanı həyat yoldaşı Işıl Xanımla tanış olmuş, 1999-cu ildə yenidən gəldikdə onu İspaniyaya aparıb evlənmişlər. 4 il İspaniyada yaşadıqdan sonra İstanbula köçüblər.
2004-cü ildə İstanbul’a qayıtdıqları zaman "Etnik34 Creative Group" adı altında bir flamenco məktəbi açmışlar. Manuel Reina "Flamenco Reina" adını verdiyi qrupu ilə birlikdə mütəmadi olaraq şoular və konsertlər təşkil edir, müxtəlif layihələr hazırlayıb təqdim edir. 2002-ci ildə Işıl Karaman ilə evlənmiş və Ali (d.2003) və Rosa (d.2010) adlı iki övladları olub.
21 mart 2015-ci ildən ATV ekranlarında yayımlanan "Elin Oğlu" adlı talk-show proqramında Ömür Varol və Sinan Çalışkanoğlu ilə birlikdə aparıcılıq edir.