Bioqrafiya
Mata Hari, əsas adıyla Margaretha Geetruide Zelle, 7 avqust 1876-cı ildə Hollandiya'nın Liyuardən şəhərində anadan olub. Dünyanın ən məşhur qadın casusu kimi tanınan Mata Hari, I Dünya Müharibəsi illərində Almanlar üçün casusluq edib və bu səbəbdən fransızlar tərəfindən idam edilib. Dansa olan marağı, Cava adasında yaşadığı dövrdə başlamış, Parisə köçdükdən sonra həyatını dans edərək qazanmağa başlamışdır.
Qısa müddətdə böyük bir şöhət qazanmış, çıxış etdiyi klublarda geniş bir pərəstişkar kütləsi əldə etmişdir. Siyasətçilər və dövlət adamları da onun səhnə performansını izləmək üçün gəlmişdir. Mata Hari, Alman Gizli Xidmətinə qoşularaq casusluq təhsili almış və bu müddət ərzində həm Almanlar, həm də fransızlar üçün çalışmışdır.
Lakin, etimadın itirilməsi səbəbindən tutularaq 15 oktyabr 1917-ci ildə idam edilmişdir. İdamı zamanı soyuqqanlılığını qoruyub saxlamış və son sözlərindən biri "Bu fransızlar məni öldürməklə nə qazanacaq, müharibəni mi qazanacaqlar?" olmuşdur.