Bioqrafiya
Max Frisch, 15 may 1911-ci ildə İsveçrənin Cürih şəhərində anadan olmuş məşhur yazıçı və memardır. İkinci dünya müharibəsindən sonra Alman ədəbiyyatının ən önəmli yazarlarından biri sayılan Frisch, 1933-cü ildən Zürih Universitetində başladığı Alman Filologiyası təhsilini yarıda saxladıqdan sonra "Neue Zürcher Zeitung" qəzetində müxbir kimi ədəbiyyat sahəsinə ilk addımını atmışdır. Avropada etdiyi səyahətlər onun ədəbi perspektivini genişləndirmiş və yazarlıq karyerasına yön vermişdir.
1942-ci ildə Cürihdə keçirilən bir memarlıq müsabiqəsində "Freibades Letzigraben" adlı layihəsi ilə birincilik mükafatı qazanaraq öz memarlıq bürosunu açmışdır. 1947-1949-cu illərdə inşa etdiyi Max-Frisch-Bad, onun ən böyük memarlıq əsəri olmuş və bu gün mədəniyyət baxımından bir abidə kimi fəaliyyətini davam etdirir. Frisch, 1958-ci ildə Georg Büchner mükafatını qazanmış və Bertolt Brecht sonrası teatrda Alman dilində yazan ən mühüm şəxslərdən biri halına gəlmişdir.
Ədəbi əsərləri arasında "Homo faber", "Andorra" və "Biedermann und die Brandstifter" kimi önəmli kitablar yer alır. Max Frisch, 4 aprel 1991-ci ildə Cürih, İsveçrədə 80 yaşında vəfat etmişdir. Vasiyətinə əsasən, cənazəsi yandırılmış və külləri dostları tərəfindən havaya səpilib.