Bioqrafiya
Meg Ryan, gerçek adıyla Margaret Mary Emily Anne Hyra, 19 noyabr 1961-ci ildə ABŞ-ın Connecticut ştatının Fairfield şəhərindən anadan olub. Kinoda aktyor kimi tanınan Ryan, 20 yaşında Corc Cukorun “Rich and Famous” filmi ilə kino dünyasına daxil olub. 1986-cı ildə Tom Kruizlə birlikdə rol aldığı “Top Gun” filmi ilə geniş bir pərəstişkar kütləsi qazanmış və Hollivudun ən uğurlu sənətçilərindən biri halına gəlmişdir.
Xüsusilə “When Harry Met Sally”, “Sleepless in Seattle”, “French Kiss” və “City of Angels” kimi filmlərlə tanınır. Meg Ryan, film başına ortalama 10 milyon dollar qazanır və 1997-ci ildə tarixdəki ən uğurlu 100 ulduzdan biri kimi qeydə alınıb. Həmçinin, “Prufrock Pictures” adlı öz istehsalat şirkəti vardır.
Meg Ryan, 14 fevral 1991-ci ildə aktyor Dennis Quaid ilə evlənmiş, 2001-ci ildə boşanmışdır. Bu evlilikdən Jack Henry Quaid adlı bir oğlu var. Ryan, karyerası boyunca bir çox mükafat qazanmış, 1989-cu ildə Golden Apple Awards-da “İlin Qadın Kəşfi” mükafatına layiq görülmüşdür.
1990 və 1994-cü illərdə American Comedy Award-da “Böyük Ekranda Ən Əyləncəli Aktrisa” mükafatını qazanmışdır. Meg Ryan, kino karyerasının yanında teatr aktyorluğu və səsləndirmə işləri ilə də məşğuldur.