Bioqrafiya
Maykl Felps 30 iyun 1985-ci ildə ABŞ-ın Merilend ştatında, Baltimorda anadan olub. Dünyaca məşhur bir üzgüçü olan Felps, Olimpiya tarixinin ən çox qızıl medal qazanan idmançısıdır. 2000-ci ildə Sidney Olimpiya Oyunları'nda 200 metr proqramında 5-ci yeri tutaraq diqqət çəkib, 2004-cü ildə Atina Olimpiya Oyunlarında 6 qızıl və 2 bürünc medal qazanaraq böyük bir nailiyyətə imza atıb.
2008-ci ildə Pekin Olimpiya Oyunlarında isə Mark Spitsin 1972-ci ildəki rekordunu qıraraq bir Olimpiya oyununda 8 qızıl medal qazanıb. Ümumilikdə Olimpiya oyunlarında 14 qızıl medal qazanaraq bu sahədə rekord qırıb. Felps 5 yaşında üzməyə başlayıb və 15 yaşında ABŞ Milli Komandasına dəvət edilib.
Onun məşqçisi Bob Bouman ilə uzun illər çalışıb və bu dövrdə bir çox uğur əldə edib. Felpsin fiziki xüsusiyyətləri, onu üzmə sahəsində üstün edən amillər arasında yer alır. 1.93 metr boyu, 2.10 metr qol uzunluğu və 48.5 ayaq numarası ilə Felps, daha az amma daha səmərəli qollar atmağı bacarır.
Felps 2004-cü ildə sərxoş halda avtomobil sürməkdən həbs olunub, 2009-cu ildə isə marihuana istifadə etdiyi üçün 3 ay müddətinə yarışlardan kənarlaşdırılıb. 2012-ci ilin Londonda keçirilən Olimpiya Oyunlarından sonra karyerasını başa vurduğunu açıqlayıb, lakin 2014-cü ildə yenidən üzmə idmanına qayıdıb. Uzun müddət birgə yaşadığı Nikol Conson ilə 2016-cı ildə Boomer Robert Felps adlı bir oğlu dünyaya gəlib.
Felps, üzgüçülük karyerasının yaninda sosial həyatı ilə bağlı çətinlikləri ilə də gündəmə gəlib.