Bioqrafiya
Mitçel Rodriguez, 12 iyul 1978-ci ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatının Bexar bölgəsində anadan olub. O, kino və televiziya aktrisasıdır. Aktrisa karyerasına 2000-ci ildə aşağı büdcəli "Girlfight" filmi ilə başlamış və bu filmdəki "Diana Guzman" obrazı ilə diqqətləri üzərinə cəmləmişdir.
Rodriguez, "The Fast and the Furious" serisindəki "Letty" rolu ilə tanınır, eləcə də "Lost" serialında "Anna Lucia Cortez" obrazını canlandırmışdır. Həmçinin, "Resident Evil" serisində "Rain Ocampo" roluyla da tanınır. Aktrisa karyerası ilə yanaşı, video oyunlarında da səsvermə fəaliyyətində bulunmuşdur.
Rodriguez, karyerası ərzində bir çox mükafat və nominasiyalar qazanmış, Maxim və Stuff Magazine kimi jurnallarda ən cəlbedici qadınlar arasında göstərilmişdir. Şəxsi həyatında müxtəlif hüquqi problemlərlə üzləşmiş və bu məsələlər mətbuatda geniş yer almışdır. Cinsi oriyentasiyası barədə açıqlamalar vermiş və homoseksualların bərabər hüquqlara sahib olması lazım olduğunu müdafiə etmişdir.
Rodriguez, skeytbord sürmək və pianino çalmağı sevir.