Bioqrafiya
Miranda Kerr, 20 aprel 1983-cü ildə Avstraliya'nın Sidney şəhərində anadan olub. Uşaqlığını Sidney'in Gunnedah adlı kiçik bir qəsəbəsində keçirmişdir. 2004-cü ildə ABŞ-ın Nyu-York şəhərinə köçərək Next agentliyi ilə müqavilə imzalamış və burada karyerasına yeni yön verməyə başlamışdır.
Miranda, Baby Phat, Lisa Ho, Voodoo Dolls, Levi's, Bettina Liano, Nicola Finetti, L.A.M.B, Heatherette, Betsey Johnson, Trelise Cooper, Jets, John Richmond, Blumarine Swimwear, Seafolly Swimwear, Victoria's Secret, Anna Molinari, Roberto Cavalli, Enrico Coveri, Arden B, Cia Maritima və Amuleti J kimi bir çox məşhur brendin mankenliyini etmişdir. 2006-cı ildə Maybelline kosmetik markası ilə müqavilə imzalayaraq karyerasında mühüm bir addım atmış, eyni il Victoria's Secret ilə də müqavilə bağlayaraq defilelərinə qatılmağa başlamışdır. 2011-ci ildə Victoria's Secret defilesində baş mələk olaraq 2.5 milyon dollarlıq bir sutyeni təqdim etmişdir.
2013-cü ildə Victoria's Secret ilə yollarını ayırmışdır. Miranda Kerr, 23 iyul 2010-cu ildə məşhur kino aktyoru Orlando Bloom ilə evlənmiş və 6 yanvar 2011-ci ildə oğlu Flynn Christopher Bloom'u dünyaya gətirmişdir. Lakin cütlük, oktyabr 2013-də boşanmışdır.
10 yanvar 2014-cü ildə Antalyada keçirilən Dosso Dossi Moda Show-da, dünya üzrə tanınmış mücevher markası Roberto Bravo üçün podyuma çıxmış və 3 milyon dollarlıq brilyant dəst ilə yürümüşdür. 2015-ci ildən bəri Snapchat-in qurucusu Evan Spiegel ilə münasibət yaşamaqdadır və 2016-cı ildə nişanlanmışlar. Miranda Kerr, karyerası boyunca bir çox mükafat qazanmış və dünya miqyasında tanınan bir model olmuşdur.