Bioqrafiya
Miroslav Klose, 9 iyun 1978-ci ildə Polşanın Opole şəhərində anadan olub. Polşa mənşəli olan Klose, ailəsi ilə birlikdə Sovet hakimiyyətindəki Polşadan qaçaraq əvvəlcə Fransa, ardından da Almaniyaya köçüb. Almanyada futbol karyerasına 10 yaşında Blaubach-Diedelkopf klubunda başlayıb, daha sonra FC Kaiserslauternə transfer olunub.
2007-ci ildən Bayern Münxenə keçən Klose, burada keçirdiyi zədələrə baxmayaraq, mövsümü 10 qol ilə bitirməyi bacarıb. 2011-ci ildə İtaliyanın Lazio klubuna transfer olan Klose, burada 2011-2012 mövsümündə 29 oyunda 13 qol, 2012-2013 mövsümündə isə 29 oyunda 15 qol vurub. 2013-2014 mövsümündə zədələr səbəbindən 25 oyunda 7 qol atıb.
Klose, 2014 Dünya Kubokunda Almaniya adına 16 qol vuraraq, bu sahədə rekord qırıb və adını dünya kuboku tarixinə yazdırıb. 1 noyabr 2016-cı ildə futbolu buraxdığını açıqlayıb. Klose, 2004-cü ildə Sylwia Klose ilə evlənib və ikiz oğulları Noah və Luan Klose 2005-ci ildə dünyaya gəlib.