Bioqrafiya
Mümtaz Mahal, 27 aprel 1593-cü ildə Hindistanın Aqrada anadan olub və 17 iyun 1631-ci ildə Burhanpurda 38 yaşında vəfat edib. Əsl adı Ercümend Banu Begüm olan Mümtaz Mahal, Hind-Türk-Moğol Babür İmperatorluğunun 5-ci hökmdarı Şah Cihanın 3-cü və ən sevimli həyat yoldaşıdır. Atası Babür İmperatorluğunun 4-cü hökmdarı Cihangir Şahın vezirlərindən Mirza Gıyâsüddin olan Âsaf Handır.
Halası Nurcihan, Cihangir Şahın xanımıdır. Mümtaz Mahal, 1631-ci ildə doqquz aylıq hamiləliyinin son dövründə, Şah Cihan ordu ilə Burhanpur'a gedərkən ona yoldaşlıq edib. Burhanpurda Gauhara Begüm adlı 14-cü uşağını dünyaya gətirərkən həyatını itirmişdir.
Ölümündən sonra Tac Mahal abidəsinin tikintisinə yanvar 1632-ci ildən başlanmış və əsas qəbir 1648-ci ildə tamamlanmışdır. Şah Cihan, efsanəvi sevgisini və etibarını Mümtaz Mahalə həvalə edərək göstərmişdir. Son illərində taxtdan endirilərək ev dustağı olan Şah Cihan, vəfat etdikdən sonra Mümtaz Mahalın yanına dəfn edilib.