Bioqrafiya
Nazenin Tokuşoğlu, 4 avqust 1976-cı ildə Konya şəhərində anadan olub. Əslən İzmir şəhərindəndir. Hava Qüvvələrində F-100 döyüş təyyarəsi pilotu olan atası Kahraman Tokuşoğlu sayəsində Türkiyənin müxtəlif hava bazalarında yaşayıblar.
Anasının adı Neşədir və Göksenin adlı bir qardaşı var. Atası təqaüdə çıxdıqdan sonra Onur Hava Yolları şirkətində pilot işləyərkən, 4 iyun 2003-cü ildə Danimarkanın Kopenhag şəhərinin 251 kilometr qərbində yerləşən Billund Havalimanı'na eniş zamanı ürək krizi keçirərək vəfat edib. Nazenin Tokuşoğlu, İstanbulda Afrikalıların yaşamından bir parça təqdim edən "Komşum Afrikalı" və Anadolu kənd məktəblərini ziyarət edərək hazırladığı "Yaşasın Okulumuz" adlı bəzi sənədli filmləri çəkib. O, Brad Pitt, Reese Witherspoon, Tilda Swinton, Shakira, PSY, Acun Ilıcalı, Cem Yılmaz, Nihat Özdemir, Ferzan Özpetek, Mustafa Sandal, Derya Büyükuncu, Nihat Altınkaya, Defne Joy Foster, Hülya Avşar, Turgut Özakman, Muazzez İlmiye Çığ, Güneri Civaoğlu, Nevin Yanıt və daha çox yenilikçi şəxslərlə xüsusi müsahibələr aparıb. 2012-ci ildə Survivor adasını ziyarət edən Nazenin Tokuşoğlu, bu ziyarət zamanı Acun Ilıcalı tərəfindən yarışmada iştirak etməyi təklif alıb.
2013-cü ildə Panama'da təşkil edilən Acun Ilıcalı'nın hazırlayıb təqdim etdiyi Survivor Ünlüler - Gönüllüler yarışmasında Ünlüler qrupunda iştirak edib. Yarışmada Ünlüler komandasında Bennu Gerede, Cengiz Çoşkun, Doğukan Manço, Erhan Yavuz, Larissa Gacemer, Nazenin Tokuşoğlu, Irmak Atuk və Ümit Karan yer alıb, Gönüllüler komandasındaysa Dağhan Külegeç, Bozok Gören, Gül Fakı, Duygu Çetinkaya, Emel Erdemanar, Hilmi Cem İntepe, Murat Ceylan, Mustafa Sürmen və Seda Akman iştirak edib. 2013-cü ildən Hilmi Cem İntepe birinci, Doğukan Manço ikinci, Ümit Karan üçüncü, Murat Ceylan dördüncü yeri qazanıb.