Bioqrafiya
İş adamı Nedim Keçeli, SEBA İnşaatın qurucularındandır. Keçeli ailəsi, Türkiyənin ən qədim ailələrindən biridir. Ailənin kökləri Oğuz boylarına dayanır və Horasan tərəfdən Rize Çayeli rayonuna köç etmişlər.
Nedim Keçeli, doğma yeri Rize Çayeli-dir. 1930-cu illərdən sonra ailəsi doğma yurdlarından İstanbula köçmüşdür. SEBA İnşaatın İdarə Heyətinin üzvü olan Nedim Keçeli, 4 ildir birgə olduğu gözəl aktrisa, aparıcı və keçmiş Türkiyə gözəllərindən Gamze Karaman ilə may ayında Venesiyada evlənmişdir.
Atası, DYP-nin əvvəlki İstanbul İl Başkanı Orhan Keçelidir. Daha əvvəl Fenerbahçe Klubunun sabiq prezidenti Ali Şenin qızı Suzan Şen ilə evli olmuş, lakin boşanmışlar. İstanbul Universitetinin Kimya Fakültəsini bitirmişdir.
Keçeli, əvvəlki evliliyindən bir övladı vardır. Bir müddət Sarıyer İdman Klubunda başqan müavini vəzifəsini icra etmişdir.