Bioqrafiya
Nurana Bağıyeva 26 iyun 1987-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Kiçik yaşlarından ailəsi Türkiyəyə köçdüyündən İstanbulda böyüyüb. Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr ixtisasını bitirib.
2011-ci ildə “Adını Fəriha Koydum” adlı serialda Aynur xarakteri ilə aktyorluq kariyerasına başlayıb. Bu serialda Vahide Gördüm, Hazal Kaya, Çağatay Ulusoy kimi tanınmış simalarla birgə rol alıb. 2014-cü ildə Show TV-də yayımlanan “Ezra” serialında Reyna obrazını canlandırıb və burada Yusuf Çim, İsmail Filiz kimi aktyorlarla işləyib.
2016-cı ildə “Göç Zamanı” adlı serialda Hande xarakterini oynamışdır. Bu serialda Vahide Perçin, Talat Bulut kimi tanınmış simalarla bir araya gəlib. Nurana Bağıyeva 15 oktyabr 2017-ci ildə İsmail Filizlə evlənib.
Aktyorluq kariyerası ilə yanaşı, teatr, kino və səsləndirmə sahələrində də fəaliyyət göstərir.