Bioqrafiya
Oskar Rene Kardozo, 19 May 1983-cü ildə Paragvayın Juan Eulogio Estigarribia şəhərində anadan olub. Futbol kariyerasına Paragvayın aşağı liqa komandalarından Club 24 de Junio-dan başlayaraq, ardından 2-ci liqa komandalarından 3 de Febrero-da oynayıb. 2004-cü il mövsümündə Paragvay 2-ci liqasında 34 oyunda 20 qol vuraraq qol kralı titulunu qazanıb.
2004-cü ilin yarısında Paragvayın ən iri komandalarından Nacional Asuncion-a transfer olub. 2006-cı ildə Argentina liqasının Newell's Old Boys komandasına 1 milyon 200 min avro müqabilində transfer olunan Kardozo, burada 33 oyunda 21 qol vuraraq diqqətləri üzərinə çəkib. 2007-ci ildə Portuqaliyanın SL Benfica komandasına 9 milyon 200 min avro qarşılığında keçib.
2009-2010-cu il mövsümündə Benfica-da ən yaxşı mövsümünü keçirərək liqada 29 oyunda 26 qol vurub və UEFA Kubokunda 13 oyunda 10 qol ataraq qol kralı olub. 2011-2012-ci il mövsümündə UEFA Çempionlar Liqasında çeyrek finale yüksəlməsində böyük rol ifa edib və ümumilikdə 48 oyunda 25 qol vurub. 2014-2016-cı illər arasında Trabzonspor-da oynayıb, ardından 2016-2017-ci il mövsümündə Olympiacos-a transfer olub.
Hal-hazırda Libertad komandasında futbol oynayır.