Bioqrafiya
Pol Qardner Allen, 21 yanvar 1953-cü ildə Vaşinqton ştatının Sietl şəhərində anadan olub və 15 oktyabr 2018-ci ildə eyni şəhərdə limfoma xərçəngindən 65 yaşında dünyasını dəyişib. Allen, Bill Gates ilə birlikdə Microsoft-un qurucusu olaraq tanınan məşhur bir iş adamıdır. Forbes jurnalının 2006-cı il "Milyarderler Siyahısı"na görə, 22.7 milyard dollar sərvəti ilə dünyanın ən zəngin altıncı insanı olub.
Sərvətinin böyük bir hissəsi Microsoft səhmlərindən ibarətdir. Allen, eyni zamanda Charter Communications-da icraçı, Dreamworks Animation-da isə ortaqlıq vəzifələrində fəaliyyət göstərib. İki professional idman komandasının sahibi olan Allen, Seattle Seahawks və Portland Trail Blazers-ı idarə etmişdir.
Təhsil həyatına Lakeside School-da başlayan Allen, burada Bill Gates ilə tanış olub və kompüter sahəsindəki ortaq maraqları sayəsində yaxın dost olublar. Məktəbi bitirdikdən sonra Vaşinqton Dövlət Universitetinə daxil olan Allen, təhsilini yarıda qoyaraq şəxsi kompüterlər üçün proqram təminatı istehsal etməyə yönəlmişdir. 1975-ci ildə Bill Gates ilə birlikdə Microsoft-u qurmuş və şirkətin inkişafına əhəmiyyətli töhfələr vermişdir.
1983-cü ildə xərçəng diaqnozu qoyulandan sonra Microsoft-dan ayrılmış, 1986-cı ildə isə Vulcan adlı media və kommunikasiya investisiya şirkətini təsis etmişdir. Pol Allen, həyatı boyunca subay qalmış və 2005-ci ildə "Mulholland Drive" filminin aktrisası Laura Harring ilə qısa bir münasibət yaşamışdır. Elm, təhsil və ekosistemlərin qorunması sahələrində 2 milyard dollardan çox ianə etmiş və ölümündən sonra sərvətinin yarıdan çoxunu xeyriyyə təşkilatlarına bağışlamaq sözünü vermişdir.