Bioqrafiya
Peter Falk, 16 sentyabr 1927-ci ildə Bronx, Nyu-York, ABŞ-da anadan olub. Tam adı Peter Michael Falk olan sənətçi, Macar-Polşa və Rus yəhudi kökənlərinə sahibdir. Uşaq yaşlarında sağ gözündəki xərçəng səbəbindən protez göz taxılmışdır.
Təhsil həyatına Syracuse Universitetində başlayan Falk, dövlət idarəçiliyi sahəsində magistr dərəcəsi alıb. 1956-cı ildən Broadway-də teatr aktyorluğuna başlayan Falk, 1957-ci ildən televiziya seriallarında rol almğa başlayıb. 1958-ci ildə "Everglades'de Rüzgar" filmi ilə kinokaryerasına qədəm qoyan Falk, 1968-2003-cü illər ərzində "Komiser Kolombo" serialındakı rolu ilə böyük şöhrət qazanıb.
1972, 1973, 1975, 1976 və 1990-cı illərdə Emmy Mükafatlarında "Ən Yaxşı Baş Rol Aktyoru" mükafatını qazanıb. Peter Falk, 23 iyun 2011-ci ildə Beverly Hills, Kaliforniya, ABŞ-da 84 yaşında pnevmoniya və Alzheimer xəstəliyinin komplikasiyaları nəticəsində vəfat edib.