Bioqrafiya
Peter Handke, 6 dekabr 1942-ci ildə Avstriyanın Kärnten əyalətinin Griffen şəhərində anadan olub. II Dünya Müharibəsindən sonra eksperimental ədəbiyyatın önəmli şəxsiyyətlərindən biri hesab edilən Handke, 2019-cu ildə Nobel ədəbiyat mükafatını qazanıb. Edebiyyat karyerasına gənc yaşlarında başlayaraq, tələbəlik dövründə Forum Stadtpark adlı ədəbiyyat cəmiyyətinə qoşulub.
Universiteti tərk etdikdən sonra ABŞ-a gedərək burada ədəbiyyatla bağlı tənqidlərlə diqqət çəkib. Avropaya döndükdən sonra Almaniya və Parisdə yaşamışdır. 1968-ci ildə səhnəyə qoyulan ilk oyunu "Kaspar" ilə müharibə sonrası nəsil yazarlarından biri kimi tanınmağa başlayıb.
Handke, dilin süni olmasını və insanlar arasındakı münasibətlərin çatışmazlığını əsərlərində tez-tez önə çıxarıb. Teatr anlayışında, reallığın teatrda yaradıla bilməyəcəyi fikrini əsas götürərək, insanlara birbaşa müraciət edə biləcək bir teatr anlayışını müdafiə edib. 1971-ci ildə anasının intiharı ilə sarsılan yazar, bu acını "Wunschloses Unglück" adlı romanında işləmişdir.
Əsərləri dünya miqyasında çox satanlar siyahısına düşüb. Handke, 80-dən çox əsər yazmış, roman, şeir, hekayə, oyun və esse kimi bir çox janrda qələmini sınaqdan keçirib. 1987-ci ildə Wim Wendersin "Wings of Desire" adlı filminin ssenarisi onun tərəfindən yazılıb.
1995-ci ildə Serbiyaya etdiyi bir səfərdən sonra tənqidlərin hədəfi olub. Hazırda Avstriyanın Salzburg şəhərində yaşayır.