Bioqrafiya
Kamille Pissarro 10 iyul 1830-cu ildə Virgin Adaları, Şarlot Amaliyada anadan olub. 73 yaşında, 13 noyabr 1903-cü ildə Paris, Fransa'da vəfat edib. Pissarro, xüsusilə mənzərə rəsmləri ilə tanınan və izlenimçilik (empresyonizm) hərəkatının qurucularından biri hesab olunan bir rəssamdır.
12 yaşına qədər Sant-Tomas adasında qarışıq məktəbə gedən Pissarro burada afro-karib uşaqlarla birgə böyüyərək irqçi meyllərdən uzaq bir şəxsiyyət inkişaf etdirmişdir. Təhsil məqsədilə 12 yaşında Parisə göndərilən Pissarro, 5 ildən sonra geri dönüb. 1852-ci ildə atası onun rəssam olmasına icazə vermədikdə, Venesuela'nın paytaxtı Karakasda gizlənmiş və burada danimarkalı rəssam Fritz Melbye-in yanında 2 il qalmışdır.
25 yaşında, 1855-ci ildə Parisə köçərək Gözəl sənətlər məktəbində rəsm təhsili almağa başlamışdır. Jan-Baptist Kamille Korot Pissarronun sənət fəaliyyətinin ilk dövründə ən çox təsirləndiyi şəxs olmuşdur. 1860-cı illərin ortalarında öz üslubunu formalaşdırmağa başlayan Pissarro, 1870-ci ildə Fransa-Prussiya müharibəsi zamanı İngiltərəyə qaçmış, 1871-ci ildə geri döndükdə bir çox əsərinin zədələndiyini görmüşdür.
1880-ci illərdə Pol Signak və Jorj Seurat ilə tanış olaraq pointilist işlər görmüş, 1890-cı illərdə isə Ruanda çay mənzərələri rəsmedib. Pissarro, ömrü boyunca 1.600 əsər və 200 naşirlik işi həyata keçirmişdir. Arvadı Cüli Vellay ilə evlənən Pissarronun səkkiz övladı olub.
Onun böyük oğlu Lüsien, Uilyam Morris’in yaradıcılığını izləyənlərdən biri olmuşdur. Pissarronun oğlu Lüsienə yazdığı məktublar, rəssamın şəxsiyyətini daha yaxşı anlamaq üçün əhəmiyyətli bir qaynaqdır.