Bioqrafiya
Prokopis Pavlopulos, 10 iyul 1950-ci ildə Yunanıstanın Mora Yarımadasının cənubunda yerləşən Kalamata şəhərində anadan olub. Babası universitet professoru Vasilios Pavlopulos olan Prokopis burada böyüyüb. 1968-ci ildə Atina Universitetinin Hüquq Fakültəsinə daxil olub və 1975-ci ildə Paris Pantheon-Assas Universitetində təhsilini davam etdirib.
1977-ci ildə İctimai Hüquq sahəsində doktorluq dissertasiyasını müdafiə edib. 1980-ci ildən Atina Universitetində müəllim olaraq fəaliyyətə başlayıb, 1983-cü ildə köməkçi dosent, 1986-cı ildə dosent və 1989-cu ildən isə administrativ hüquq professoru titulunu qazanıb. 1974-cü ildə birinci Cumhurbaşqanı Mixail Stasinopulosun katibi vəzifəsində çalışıb, 1989-1990-cı illər arasında isə hökumət nümayəndəsi olub.
1990-1995-ci illərdə Cumhurbaşkanı Konstantin Karamanlisin hüquqi ofisinin rəhbəri və siyasi müşaviri vəzifəsini icra edib. 1996-cı ildən Yeni Demokratiya partisindən deputat seçilib, 2000, 2004, 2007, 2009 və 2012-ci illərdə də yenidən deputat seçilib. 2004-2009-cu illərdə Yunanıstanın Daxili İşlər Nazirinin vəzifəsini tutub, 2007-ci il seçkilərində Daxili İşlər və İctimai Nizam Nazirliyi vəzifəsinə təyin olunub.
17 fevral 2015-ci ildən Baş nazir Aleksis Çipras tərəfindən Cumhurbaşkanı namizədi olaraq göstərilib və 18 fevral 2015-ci ildə keçirilən seçkilərdə 300 üzvü olan parlamentdən 233 səs alaraq Yunanıstanın yeni Cumhurbaşqanı seçilib. 12 mart 2015-ci ildən bu vəzifəsini icra edir.