Bioqrafiya
Reçel Weisz, 7 mart 1970-ci ildə İngiltərənin London şəhərində anadan olub. Tam adı Rachel Hannah Weisz olan aktrisa, model və kino oyuncusu kimi tanınır. Annesi Edith Ruth, avstriyalı köçkündür, atası George Weisz isə macar əsilli yəhudidir.
Atası, İkinci Dünya Müharibəsinin başlanması ilə Macarıstandan İngiltərəyə köç edib. Rachel'ın ailəsi, onun uşaqlıq dövründə boşanmışdır. Təhsil həyatına Londonda başlamış, ardınca Kembric Universitetində davam etmişdir.
1991-ci ildə "Talking Tongues" adlı teatr qrupunda çalışmağa başlayıb. Kino karyerasına 1999-cu ildə "Mumya" adlı film vasitəsilə qədəm qoyub və bu filmində Brendan Fraser ilə baş rolda oynamışdır. 2001-ci ildən "Mumya Dönür" filmində rol alaraq karyerasını davam etdirmişdir.
Eyni il "Enemy At The Gates" filmində də baş rolda yer alıb. 2013-cü ildə "Muhteşem və Kudretli Oz" filmində Mila Kunis, James Franco və Michelle Williams ilə birlikdə rol almışdır. Rachel Weisz, 2002-ci ildən rejissior Darren Aronofsky ilə münasibətdə olub və 4 dekabr 2010-cu ildə ayrılmışdır.
Bu evlilikdən Henry Chance Aronofsky adlı bir oğlu dünyaya gəlib. 22 iyun 2011-ci ildə aktrisa Daniel Craig ilə evlənib. 2011-ci ildən ABŞ vətəndaşlığına keçmişdir.
2019-cu ildə BAFTA mükafatlarında "ən yaxşı köməkçi qadın aktrisa" mükafatını qazanmışdır. Karyerası boyunca bir çox mükafata layiq görülmüş və əhəmiyyətli filmlərdə rol almışdır. Reçel Weisz, indiki dövrdə də aktiv olaraq kino karyerasını davam etdirir.