Bioqrafiya
Ramazan Kalyoncu, 8 aprel 1990-cı ildə Rizədə anadan olub. Ekran izləyicilərinin tanıdığı bir sima olan Kalyoncu, 2016-cı ildə Tv8 ekranlarında yayımlanan Göz6 yarışmasına qatılmış və bu proqram vasitəsilə bir çox klip və reklam filmində yer almışdır. 2017-ci ildən etibarən Box'un Yıldızları adlı yarışmada iştirak edərək diqqətləri üzərinə cəlb edib.
Bu proqramda məşhur simalarla ringə çıxıb. 2018-ci ildə Survivor 2018 All Star yarışmasında yer alıb. Təhsil həyatını Eskişehir Anadolu Universitetinin İdman İdarəçiliyi bölməsində davam etdirən Kalyoncu, uşaqlıq illərində futbol və boksla məşğul olub.
2009-cu ildən Fitness Təlimçiliyi, Bokwa və Yoga ilə peşəkar olaraq çalışır. Eyni zamanda Mint Akademi Tiyatroda kamera qarşısında təlim alıb. Hazırda İstanbulda yaşayır.