Bioqrafiya
Rana Alagöz, 7 yanvar 1948-ci ildə İstanbulda anadan olub. Müski müəllimi olan atası, ona və qardaşlarına ilk musiqi təhsilini vermişdir. Musiqi karyerasına qardaşı Selçuk Alagöz ilə birgə başlamış və 1967-ci ildə Altın Mikrofon müsabiqəsinə qatılmışdır.
Bu müsabiqədə üçüncü yeri tutaraq diqqət mərkəzinə düşmüşlər. 1970-ci ildə Alagöz qardaşları Yunanistanın Atina şəhərində keçirilən 3-cü Appollonia Beynəlxalq Musiqi Festivalında Türkiyəni təmsil etmişlər. 1971-ci ildə orkestranın davulçusu Taylan Kök ilə evlənmişdir.
1979-2004-cü illər arasında Kervansaray Otelində səhnə almışlar. Bu müddətdə 9 ölkənin mahnılarından ibarət geniş bir repertuara malik olaraq turistlərə performans göstərmişlər. Rana Alagöz, İstanbul Radiosunda orkestra solisti kimi də fəaliyyət göstərmişdir.
1994-cü ildə Lions klubuna qoşularaq müxtəlif vəzifələrdə çalışmış, prezident olduğu dövrdə klubun Türkiyə birincisi olmasını təmin etmişdir. Eşi Taylan Kök 1991-ci ildə vəfat edib. Onun Dağhan Kök adlı bir oğlu var.
Musiqi karyerası ərzində bir çox mükafatlar qazanmış və Türk pop musiqisinə əhəmiyyətli töhfələr vermişdir.