Bioqrafiya
Rasim Kara, 10 iyun 1950-ci ildə Eskişehirdə anadan olmuş Türk futbolçu və məşqçidir. Futbol kariyerinə 1972-ci ildə Bursaspor-da başlamış, 1976-1984-cü illərdə Beşiktaş-da qapıçı vəzifəsində çalışmışdır. 1984-cü ildə Beşiktaş-da jübiley edərək futbolçu kariyerasına son qoymuşdur.
Jübile etdikdən sonra Türkiyə Futbol Federasiyasında qapıçı yetişdirmək üzrə məşqçi fəaliyyətinə başlamışdır. Rasim Kara, texniki direktorluq kariyerəsinə 1986-cı ildə Antalyaspor-da başlamış, daha sonra Uzunköprüspor, Türkiyə A Milli Komandasında (köməkçi məşqçi), Beşiktaş, Bursaspor, Çanakkale Dardanelspor, Çaykur Rizespor, Kocaelispor, Yimpaş Yozgatspor kimi bir çox komandada çalışmışdır. Xaricdə isə Kanadanın Ottawa Wizards komandasını çalışdırmış və bu komandanı öz liqasında çempion etmişdir.
Daha sonra Azərbaycanda Qarabağ və Hazar Lankaran komandalarında da texniki direktorluq etmişdir. Rasim Kara, futbolçu və məşqçi kariyerası boyunca bir çox uğura imza atmış, Türk futboluna əhəmiyyətli töhfələr vermişdir.