Bioqrafiya
Prof. Dr. Rejin Kebudi (Akyüz), 1958-ci ildə İzmir şəhərində anadan olub.
Təhsil həyatına İzmir Amerikan Kollecində başlayıb və buranı birinciliklə başa vurub. Ardınca Ege Universiteti Tibb Fakültəsindən də birinci olaraq məzun olub. Məzuniyyətindən sonra iki il müddətində İstanbul Bakırköy Verem Mübarizə Dispanserində məcburi xidmət vəzifəsini icra edib.
Bu dövrdən sonra İstanbul Tibb Fakultəsi Uşaq Sağlığı və Xəstəlikləri üzrə elmi tədqiqat Bölməsində asistent kimi çalışmağa başlayıb. 1990-cı ildə Uşaq Sağlığı və Xəstəlikləri üzrə mütəxəssis unvanını alıb, dərhal ardından İstanbul Universiteti Onkoloji İnstitutunun Pediatrik Onkoloji Bölməsində fəaliyyət göstərməyə başlayıb. 1993-cü ildə Uşaq Onkologiyası Yan Dal Uzmanı unvanını qazanıb və eyni ilin oktyabrında Uşaq Sağlığı və Xəstəlikləri üzrə dosent olub.
2000-ci ildə profesor unvanını alaraq akademik karyerasını davam etdirib. Uzun illərdir İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Uşaq Sağlığı və Xəstəlikləri Bölməsi və Uşaq Hematologiya Onkologiya Bölməsində müəllimlik edir. Fransızca, almanca, ingiliscə və ispan dilində çox yaxşı biliklərə sahibdir.
Həmçinin, Uşaq Xərçəngləri Sevgi və Dayanışma Cəmiyyətinin (ÇOKSEV) prezidenti vəzifəsini icra edir. Eşi Prof. Dr.
Abut Kebudi ilə evlidir və bu evlilikdən iki övladı var.