Bioqrafiya
Richar Clayderman, 28 dekabr 1953-cü ildə Fransa'nın Paris şəhərində anadan olub. Əsl adı Filip Robert Lui Paje olan Clayderman, piano müəllimi olan bir atanının oğludur və nənəsinin soyadını istifadə edir. Uşaqlıq illərini ailəsi və bacısı ilə Parisdə keçirən sənətçi, musiqi təhsilinə atasının tələbələrinə verdiyi piano dərslərini dinləyərək başlayıb.
6 yaşında piano çalmağa başlayan Clayderman, 12 yaşında Paris Musiqi Konservatoriyasına qəbul olunub. 16 yaşında piano yarışmasında ilk mükafatını qazanaraq karyerasına bir addım atmışdır. 1976-cı ildə Delphine adlı müzik şirkətinin keçirdiyi seçmələrdə iyirmi piyanist arasından seçilərək “Ballade pour Adeline” adlı əsəri ilə böyük bir uğur qazanıb.
Bu əsərin satışları ümumilikdə 22 milyon nüsxəyə çatıb. 1980-ci illərdə “Clayderman Effekti” adıyla tanınan bir fenomen yaradıb və bir çox uşağın piano çalması üçün ilham mənbəyi olub. 1984-cü ildə ABŞ-da Ronald Reagan'ın həyat yoldaşı Nensi Devis Reagan tərəfindən “Romantizm Prensi” adı ilə təltif edilib.
1987-ci ildə Çindəki ilk konserti AsiaVision-da yayımlanaraq 800 milyon dinləyiciyə çatıb. 1992-2013-cü illəri arasında, xüsusilə Çində, 70 şəhərdə 30 tur və 200 performansla 1 milyon izləyici önündə konsert verib. Richard Clayderman indiyə qədər 85 milyon albüm satışı əldə edib.
11 dekabr 2015-ci ildə İstanbulda konsert verib. 28 aprel 2023-cü ildə yenidən İstanbulda konsert verməyi planlaşdırır.