Bioqrafiya
Doğum Tarixi: 24 dekabr 1971. Ricky Martin 54 yaşındadır. Doğum Yeri: San Juan, Puerto Riko.
Ricky Martin'in tam adı Enrique Martín Morales'dir. 24 dekabr 1971-ci ildə Puerto Riko'nun paytaxtı San Juan'da anadan olub və burada böyüyüb. Uşaq vaxtı məktəb və kilsə xorunda oxuyub, məktəb teatrında rol alıb.
6 yaşında televiziyada çəkilən reklamlarla kamera ilə tanış olub. Qısa müddət sonra peşəkar müğənnilik və aktyorluq dərsləri almağa başlayıb və bu dərslərdən sonra 1984-cü ildə hələ 12 yaşında ikən “Menudo” qrupunun seçmələrində müvəffəqiyyət qazanaraq beş il ərzində qrupun baş solisti olub. Bu da ona beynəlxalq şöhrət qazandırıb.
1991-ci ildə Menudo'daykən dostu Robi Rosa ilə birlikdə öz adını daşıyan ilk albümünü buraxıb. Albüm, Latin musiqi siyahılarında yüksəlib və iki ildən sonra dərc edilən “Me Amaras” albümü Martin’i Latin dünyasında ulduz halına gətirəcək dərəcədə böyük bir uğur qazanıb. 1991-ci ildən müğənnilik kariyerasına davam edir.
Grammy və Latin Grammy mükafatlarına sahibdir. Ricky Martin 1990-cı illərin ən uğurlu kişi pop müğənnilərindən biridir. Eyni zamanda “Ən Yaxşı Kişi Pop Müğənnisi” mükafatını da alıb.
1994-cü ilin yanvar ayında “General Hospital” adlı bir teleserialda Miguel Morez obrazını canlandırıb, bu rolda o qədər müvəffəqiyyət qazanıb ki, daha sonra “Les Miserables” (Sefiller) adlı bir Broadway musiqili üçün Marius roluna seçilib. Bu prodüksiya üçün “General Hospital”ı tərk edib və bir ildən artıq Broadway'də səhnədə olub. 1995-ci ildə üçüncü albümü olan “A Medio Vivir”i buraxan Ricky Martin, bu albümdə Latin musiqi üslublarına flamenco və cumbia elementlərini, həmçinin rock elementlərini əlavə edib.
1998-ci ilin əvvəlində “Vuelve” adlı dördüncü albümünü təqdim edib, 1999-cu ildə isə eyni adla ingiliscə albümünə imza atıb. Martin, bu albümlə beynəlxalq müvəffəqiyyət əldə edərkən, albümün singllərindən “Livin’ la Vida Loca” və “She’s All I Ever Had” musiqisevərlər tərəfindən bəyənilib. “Go Go” mahnısı onun ən sevilən mahnısı olub.
“Livin la Vida Loca” ilə dünyanı sarsıdıb. Ricky Martin 2007-ci ildə “Black & White Tour” adlı bir konsert albümü buraxıb. Noyabr 2008-ci ildə isə “Ricky Martin 17” adlı toplama albümünü pərəstişkarlarının ixtiyarına təqdim edib.
17 illik kariyerasına ithaf etdiyi 17 mahnıdan ibarət albümə canlı performans görüntüləri daxil olan bir DVD əlavə edilib. Taşıyıcı ana vasitəsilə Matteo və Valentino adlı ikiz oğulları olan Ricky Martin, mart 2010-cu ildə eşcinsel olduğunu açıqlayıb. Həyatını yazdığı və satışa çıxardığı “Ricky Martin: Me” kitabında yaşadıqlarını paylaşıb.
Ricky Martin, bir ildən artıqdır birlikdə olduğu Suriyada doğulmuş İsveçli rəssam və sənətçi Jwan Yosef ilə 17 noyabr 2016-cı ildə nişanlanıb. Jwan Yosef (d. 1984) ilə 2017-ci ildə eşcinsel evlilik edib.
31 dekabr 2018-ci ildə, taşıyıcı ana vasitəsilə qızı Lucia Martin-Yosef dünyaya gəlib. Albümləri: 1991 - Ricky Martin 1993 - Me Amarás 1995 - A Medio Vivir 1998 - Vuelve 1999 - Ricky Martin 2000 - Sound Loaded 2001 - La Historia 2001 - The Best of Ricky Martin 2003 - Almas del Silencio 2005 - Life 2006 - MTV Unplugged 2007 - Black & White Tour 2008 - Ricky Martin 17 2011 - Música + Alma + Sexo 2012 - Playlist: The Very Best of Ricky Martin 2013 - Greatest Hits: Souvenir Edition 2014 - Vida 2015 - A Quien Quiera Escuchar