Bioqrafiya
Robin van Persie 6 avqust 1983-cü ildə Hollandiyanın Rotterdam şəhərində anadan olub. İncəsənət ailəsində böyüyən van Persie’nin anası rəssam José Ras, atası isə heykəltəraş Bobdur. İki bacısı Lilly və Kiki ilə birlikdə böyüyən van Persie, ailəsinin boşanmasından sonra atası ilə yaşamışdır.
Futbol karyerasına 1997-ci ildə Rotterdamın Excelsior klubunun altyapısında başlayıb, 1998-ci ildən Feyenoord klubunda oynamağa başlayıb. Peşəkar futbol karyerasına Feyenoord-da 2001-ci ildən start verən van Persie, burada 2004-cü ilə qədər aktiv olub. 2004-cü ildən Arsenal-a transfer olunmuş van Persie, burada 8 il ərzində 194 oyuna çıxıb və 96 qol vurub.
2011-2012 mövsümündə Premier League-də qol kralı titulunu qazanır. 2012-2013 mövsümündə Manchester United-a transfer olan van Persie, burada da uğurlu performans nümayiş etdirib. 2013-cü ildə Hollandiya Milli Komandasının kapitanı təyin olunmuş, milli komanda ilə 79 oyunda 41 qol vurub.
7 iyul 2015-ci ildə Fenerbahçe ilə anlaşaraq Türkiyəyə transfer olunmuşdur. Van Persie 2004-cü ildən Mərakeşli müsəlman Bouchra van Persie ilə evli olub və onların Dina Layla və Shaqueel adında iki övladı var.