Bioqrafiya
Robinho, 25 yanvar 1983-cü ildə Braziliyanın Sao Vicente şəhərində anadan olub. Əsl adı Robson de Souza olan Robinho, karyerasına Santos komandasında başlayıb və burada göstərdiyi performansla diqqətləri üzərinə çəkməyi bacarıb. Santos-da keçirdiyi ilk sezonunda 24 liqa maçında iştirak edib və 1 qol ataraq, komandasının 2002-ci ildə liqa çempionu olmasına yardım edib.
2003-cü ildə Copa Libertadores finalına yüksələn Santos, finalda Boca Juniors-a məğlub olub. 2004-cü ildə 37 maçda 21 qol ataraq, Santos-un bir daha Braziliya çempionu olmasına səbəb olub. Lakin, anasının mafya tərəfindən qaçırılması onun moralını pozmuş və performansına təsir etmişdir.
2005-ci ildə Real Madrid-ə 24 milyon avro qarşılığında transfer olan Robinho, burada 3 sezon keçirib və ümumilikdə 101 maçda 25 qol vurub. 2006-2007 mövsümündə yeni baş məşqçi Fabio Capello ilə razılıq əldə edə bilmədiyinə görə, Robinho ehtiyat oyunçular benchində vaxt keçirib. 2008-2009 mövsümündə Manchester City-yə transfer olan Robinho, burada da uğurlu bir performans sərgiləyib, lakin, zədələr səbəbilə çətin günlər yaşayıb.
Hal-hazırda Santos forması geyinən Robinho-nun adı, Türkiyə Super Liqasının iri komandaları Fenerbahçə və Beşiktaş ilə hallanır. Karyerası boyunca bir çox çempionluq və mükafat qazanan Robinho, 2005-ci ildə World Soccer tərəfindən Avropada İlin Gənc Futbolçusu seçilib.