Bioqrafiya
Saparmurat Türkmenbaşı 19 fevral 1940-ci ildə Aşqabadın Kıpçak kəndində, Türkmənistanda anadan olub. Doğularkən adı Saparmurat Niyazov olub. Atası İkinci Dünya Müharibəsində həlak olmuş, ailəsinin digər üzvləri isə 1948-ci ildə baş verən Aşqabad zəlzələsində həyatını itirmişdir.
Bu trajik hadisələr nəticəsində Türkmenbaşı əvvəlcə yetimxanada, sonra isə uzaq qohumlarının yanında böyümüşdür. Leningrad Texniki Universitetindən Enerji Mühəndisi ixtisası ilə məzun olduqdan sonra, 27 oktyabr 1990-cı ildə Türkmənistan Sovet Sosialist Respublikası'nın ilk prezidenti seçilmişdir. 1991-ci ildə Türkmənistanın müstəqilliyini elan etməsindən sonra, 1992 və 1993-cü illərdə keçirilən seçkilərdə yenidən prezident vəzifəsinə seçilmişdir.
1999-cu ildə ölkənin məclisi onun ömürboyu bu vəzifədə qalmasına qərar vermişdir. Türkmenbaşı, liderliyi dövründə xalqına su, təbii qaz və elektrik enerjisini pulsuz təqdim etmiş, lakin bir çox maraqlı və mübahisəli icraatı ilə də gündəmə gəlmişdir. Məsələn, saç, saqqal, küçədə siqaret çəkmək kimi bir çox şeyi qadağan etmiş, həftənin günlərini yaxınlarının adı ilə dəyişdirmişdir.
21 dekabr 2006-cı ildə Aşqabadda ürək dayanmasından vəfat edən Türkmenbaşı 66 yaşında həyatdan köçüb. Ondan sonra Kurbankulu Berdimuhammedov müvəqqəti prezident olaraq təyin olunmuşdur.