Bioqrafiya
Saul Alvarez, 18 iyul 1990-ci ildə Meksikanın Guadalajara şəhərində anadan olub. Tam adı Santos Saúl Álvarez Barragán'dır. 8 uşaqlı bir ailənin ən kiçiyi olan Saul burada ata minməyi öyrənmiş və bu hobisini davam etdirməkdədir.
Ailəsinin malik olduğu fermada böyüyən Saul'un 6 qardaşı və 1 bacısı var. Qardaşları da boksla məşğuldur və tanınmış boksçulardır. 13 yaşında boksa başlayan Saul, amatör karyerasında 44 mübarizəsini qələbə ilə başa vurmuşdur.
15 yaşında peşəkar boks karyerasına qədəm qoyan Saul, 2011-ci ilə qədər Meksikada 36 qarşılaşmada 35 qələbə və 1 bərabərlik əldə edib. 5 mart 2011-ci ildə WBC super yarı orta çəki dərəcəsi üzrə titulu qazanmaq üçün ringə çıxmış və rəqibini məğlub edərək ilk dünya çempionluğu kəmərini əldə etmişdir. 21 yaşında dünya çempionu olub.
22 noyabr 2015-ci ildə Miguel Cotto ilə qarşılaşaraq orta çəki dərəcəsində WBC titullarını qazanıb. 2013-cü ildə Floyd Mayweather Jr. ilə etdiyi döyüşdə karyerasındakı yeganə məğlubiyyətini yaşayıb.
Saul, 2017-ci ildə Gennady Golovkin ilə etdiyi qarşılaşmada bərabərlik əldə etmiş, 2018-ci ildə isə revanşda qələbə qazanmışdır. 2018-ci ildə DAZN ilə 365 milyon dollarlıq yayım hüquqları müqaviləsi imzalayıb. 28 fevral 2021-ci ildə Türk boksçu Avni Yıldırım ilə qarşılaşmış və bu döyüşü qazanmışdır.