Bioqrafiya
Seçil Erus 1971-ci ildə Eskişehirdə anadan olmuş spiker, müxbir və aparıcıdır. İstanbul Texniki Universitetinin Elektrik Elektronik Fakültəsindən məzun olduqdan sonra 1991-ci ildə hava durumu mütəxəssisi Ali Esin tərəfindən hava durumu spikerliyinə yönləndirilmişdir. İlk dəfə xüsusi televiziya kanalı Magic Box-da "İyi Günler Türkiye" adlı proqramda səhər saatlarında hava durumu aparıcısı olaraq fəaliyyət göstərmişdir.
Daha sonra eyni kanala aid olan Süper Fm və Metro Fm radiolarında xəbər spikerliyi etmişdir. 1993-cü ildə HBB Tv-yə keçərək burada da hava durumu spikerliyi ilə məşğul olmuşdur. Eyni il İstanbul Universitetinin Coğrafiya Fakültəsində Meteorologiya üzrə magistratura təhsili almışdır.
1993-cü ilin may ayında TGRT-də "Nereden Nereye" adlı sənədli proqramda aparıcı və istehsalat köməkçisi olaraq fəaliyyət göstərmiş, daha sonra "İz Bırakanlar" və "8. Gün" proqramlarını hazırlayıb aparmışdır. 2000 və 2001-ci illərdə İqtisadiyyat Fakultəsinin İqtisadiyyat İnstitutu üzrə Beynəlxalq İşletmecilik proqramını tamamlamışdır.
Həmçinin, Türk Hava Kurumundan paraşüt brövesinə sahibdir. 2011-ci ildə TGRT xəbər baş redaktoru Mehmet Soysal ilə evlənmişdir.