Bioqrafiya
Seda Sevin 1981-ci ildə İstanbulda anadan olub. Orta təhsilini doğulduğu şəhər olan İstanbulda, Fenerbahçə Liseyində başa vurub. Təhsil həyatını bitirdikdən sonra dizayn işləri ilə məşğul olmağa başlayıb və öz adı ilə bir müddət butik rəhbərliyi edib.
Daha sonra fərqli bir adla satış etməyə qərar verib. Hazırda Caddebostanda yerləşən UPSS! BUTİK adlı iş yerinin sahibidir və iş həyatını davam etdirir. Oyunculuq karyerasına 1997-ci ildə "Gülüm" adlı serial ilə qədəm qoyan Seda Sevin, 1998-ci ildə "Sırılsıklam", 2003-cü ildə "Hababam Sinifi Merhaba", 2004-cü ildə "Gece Yürüyüşü" və 2006-cı ildən "Kördüğüm" adlı seriallarda rol alıb.
Ən son "Akasya Durağı" serialında Ahu Baysal obrazı ilə tamaşaçı qarşısına çıxıb. Seda Sevinin şəxsi həyatında isə tanınmış şəxs Kaya Çilingiroğlu ilə bir münasibəti var.