Bioqrafiya
Serap Paköz, 15 iyun 1965-ci ildə Ankarada anadan olub. Karadeniz kökənlidir. İlk, orta və lisey təhsilini Ankarada alıb.
Daha sonra Adana, Çukurova Universitetinin İdari Bilimler Fakültəsində təhsilini davam etdirib. Hələ tələbə ikən TRT-nin təşkil etdiyi imtahanı keçərək spikerlik fəaliyyətinə başlayıb. 1982-ci ildən TRT-nin Trabzon və Van radiolarında, 1986-cı ildən isə Ankara Radyosu və Ankara televiziyalarında çalışıb.
1997-ci ildən Kanal D televiziyasına keçib. 2,5 ildən sonra Kanal 6-da, daha sonra isə ATV-də işini davam etdirib. Sonradan TGRT-yə keçərək "Sabah Haberleri", "Kadının Sesi" və "Sizin Sesiniz" adlı qadın proqramlarını hazırlayıb və təqdim edib.
2005-ci ildə Show TV-də “Biz bize” proqramını, 2009-cu ildə Star TV-də “Suç və Ceza” proqramını, 2012-ci ildə ATV-də “Yeniden Başlayalım” proqramını, 2013-cü ildən etibarən isə FOX-da “Yeni Bir Umut” proqramını təqdim edib. Televiziyalardakı qadın proqramları ilə tanınmışdır. 2007-ci ildə Show TV-də yayımlanan Zeynep Tokuş və Behzat Uygur'un sunuculuğunu etdiyi “Şarkı Söylemek Lazım” müsabiqəsində Hakan Aysev-in koçluğu ilə yarışıb.
Serap Paköz 1987-ci ildə şarkıcı Sümer Ezgü ilə evlənib, lakin 1999-cu ildən boşanıb. Ceren (d. 1988) adlı bir qız övladı var.
Boşandıqdan sonra da Ezgü soyadını istifadə etməyə davam edib, 2004-cü ildə Sümer Ezgü etiraz etdikdə isə doğularkən götürdüyü “Paköz” soyadını alıb. Serap Paköz, 9 noyabr 2001-ci ildə Vatan qəzetinin yazı işləri müdiri Atilla Güner ilə evlənib, lakin 8 yanvar 2007-ci ildə boşanıb. Eşindən ayrıldıqdan sonra Bodrumda bir kəndə köçüb və 2009-cu ildən bəri telejurnalist Cem Hamuloğlu ilə birlikdə yaşamaqdadır.
2017-ci ildən TV8 ekranlarında yayımlanan "Gerçəğin Peşinde" proqramını təqdim etməyə başlayıb.